Bu gün (19 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində 1-ci qrup Qarabağ əlili, jurnalist, "Əlillərin hüquqlarını müdafiə komitəsi"nin sədri Məğrur Bədəlsoy əlillərin qanunla qorunan hüquqlarının tapdanması ilə bağlı mətbuat konfransı keçirdi.
Tədbirdə çıxış edən M.Bədəlsoy əlillərin formal olaraq beynəlxalq konvensiyalara, ölkə konstitusiyasına və qanunlara uyğun olaraq geniş hüquqlara malik olduğunu, lakin Azərbaycanda qanunların icra və tətbiq olunmadığını bildirdi.
O, "Torpaq islahatı haqqında" qanunun 14 və 19-cu maddəsinə görə müharibə əlillərinə dövlət torpaqlarından 2 pay, bələdiyyə torpaqlarından bir dəfə pulsuz torpaq verilməli olduğu halda bələdiyyələrin əlillərə torpaq verməkdən imtina etdiklərini bildirdi.
"Əlillərin sosoal müdafiəsi haqqında" qanunun 30-cu maddəsində icra orqanlarının əlillərə qeyri-yaşayış otaqları vermək və xammalla təmin etməklə sahibkarlıq fəaliyyətləri və evdə əməklərinin təşkilinə şərait yaradılması təsbit olunsa da, bu hüquqdan da məhrum edilmişik", – deyə M.Bədəlsoy qeyd etdi.
O, vergi əməkdaşlarının ondan aylıq haqq istədiklərini, verməyəndə isə haqsız yerə cərimə olunduğunu bildirdi: "2 saylı yerli İqtisad məhkəməsi (hakim-İlham Əhmədov) mən xəstəxanada olduğum halda (arayış təqdim olunub) iddia ərizəsi belə vermədən VN-nin sifarişi ilə əmlakımın satışa çıxarılması barədə qətnamə qəbul edib. Apellyasiya Məhkəməsi (hakim-Vaqif Mursaqulov) də mənə xəbər etmədən qətnaməni qüvvədə saxlayıb", – deyən M.Bədəlsoy vəkillə təmin olunmadığı üçün kassasiya şikayəti verə bilmədiyini də qeyd etdi.