QƏZET HÜCUMA, MİLLƏT VƏKİLİ İSƏ TƏXRİBATA MƏRUZ QALDIĞINI İDDİA EDİR

“Dünən (04 avqust) saat 17:00 radələrində millət vəkili  İqbal Ağazadə “İdeal” qəzetinə hücum çəkib”.

Bu məlumatı  “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verib.
“İqbal Ağazadə öz yaxın qohumu Qafqaz adlı və daha  beş nəfər tanımadığım şəxslə qəzet redaksiyasına daxil olaraq məni təhqir etdi.  İqbal Ağazadə otağımda olan masaya təpik vurdu və bu zaman masanı üzərindəki kompüter və digər avadanlıqlar yerə düşərək sındı”, – deyə qeyd edən N. Quliyev onu da bildirib ki, hadisə zamanı redaksiyanı mühafizəçisinə qarşı da  zor tətbiq olunub.
Baş redaktor hadisə barədə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi, habelə Bakı şəhər Baş Polis İdarəsinə məlumat verdiklərini və  baş verənlərlə bağlı  artıq cinayət işinin açıldığını da bildirdi.
Bu xəbərə münasibət bildirən İ. Ağazadə belə bir hadisənin ümumiyyətlə baş vermədiyini və N. Quliyevin ona şər atdığını dedi: “Bu xəbər mənə qarşı təxribatdır. 2006-cı ildən bəri mənim haqqımda müxtəlif qəzetlərdə yazılar yazılıb, amma mən indiyə qədər  heç bir mətbuat orqanına narazılığımı bildirməmişəm ”.
Previous Post

İNFORMASİYA SORĞUSUNA VERİLƏN CAVABI SƏRHƏDSİZ REPORTYORLAR ÖZ SAYTINDA YERLƏŞDİRİB

Next Post

VƏKİLƏ HƏBSDƏ OLAN JURNALİSTLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.