İSLAMAZERİ.AZ İNTERNET QƏZETİNİN BAŞ REDAKTORU NARKOTİK VƏ QANUNSUZ SİLAH SAXLAMA İTTİHAMI İLƏ HƏBS

Avqustun 11-də saat  15:30 radələrində islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov “Nizami” metrosunun yaxınlığından  4 mülkü geyimli şəxslər tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Bu barədə bu gün (12 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  baş redaktorun hüquqlarını müdafiə edən vəkil Elçin Namazov məlumat verib.  

Vəkili Elçin Namazov  bildirdi ki, Ramin Bayramovu dünən  günorta saatlarında  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2-ci bölməsinin əməkdaşları aparıblar: “Baş redaktorla görüşəndə, o bildirdi k, orada cibinə narkotik qoyulsa da, narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq  yenidən həmin narkotik  zorla R. Bayramovun  cibinə qoyulub və sənədləşdirib. Daha sonra onun Xırdalan şəhərində yerləşən mənzilinə baxış keçirilib. Raminin evinə bir ədəd tapança, 2 ədəd “F-1” qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı”, – deyə bildirən vəkil əlavə etdi ki, bu gün müstəntiq Cavid Quluzadə ilə danışıb və müstəntiq ona  işin tezliklə prokurorluğa göndəriləcəyini bildirib.
Previous Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNUN OFİSİ ƏŞYALARI İLƏ BİRGƏ YERLƏ YEKSAN EDİLDİ

Next Post

İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.