BAŞ REDAKTOR 1 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Bu gün (7 mart)  Xırdalan Şəhər Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə  “islamazeri.az” saytının baş redaktoru Ramin Bayramova hökm oxunub.

Hakim  baş redaktorun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm verib.

Vəkil Ramil Məmmədov “Media forum” xəbər saytına verdiyi məlumata görə, dövlət ittihamçısı Ramin Bayramovun 5 il müddətinə azadlıqdan məhrum edilməsi təklifi verib: “Mən isə öz çıxışımda Ramin Bayramova cəza veriləcəyi təqdirdə onun islah işləri ilə məhdudlaşdırılmasını xahiş etdim”.

Vəkil onu da qeyd edib ki, birinci instansiya məhkəməsinin qərarını Ramin Bayramovla müzakirə etdikdən sonra apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, avqustun 13-də Səbail rayon Məhkəməsi Ramin Bayramov haqda həbs qətimkan tədbiri seçib. Oktyabrın 5-də Səbail rayon Məhkəməsi Ramin Bayramov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasına qərar verib. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.

Previous Post

JURNALİST POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

Next Post

EVROVİSİON’ KEÇİRİLƏN ÖLKƏDƏ İNSAN HÜQUQLARI QORUNMALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.