JURNALİST POLİS TƏZYİQİNƏ MƏRUZ QALIB

Martın 7-də bir qrup  AXCP-çi gəncin vicdan məhbusları Məhəmməd Məcidli, Babək Həsənova qarşı işgəncələrə etiraz əlaməti olaraq Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı parkda keçirdikləri aksiya zamanı “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko polis təzyiqinə məruz qalıb.

Belə ki, polis əməkdaşları jurnalisti də aksiya zamanı saxlanılan gənclərlə bərabər Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə  aparıblar.

 R. Dekonun  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, bölmədə onun fotoaparatının kartı alınaraq, yaddaşında olan materiallar silindikdən sonra özünə qaytarılıb.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

Next Post

BAŞ REDAKTOR 1 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.