BAŞ REDAKTOR KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Bu gün (22 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Daxili İşlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin çıxardığı hökmdən cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti üzrə keçirilməli olan proses təxirə salınıb.

Buna səbəb ötən prosesdə qaldırdığı vəsatətlərin təmin edilməməsi ilə bağlı Əyyub Kərimovun kasassiya şikayəti vermək istəməsi olub. Kassasiya şikayəti verilməsi üçün bir ay müddətin olduğunu qeyd edən hakim prosesi 6 may saat 11:00-dək təxirə salıb.

Xatırladaq ki, Daxili İşlər naziri Ramil Usubov “Femida 007” qəzetində  “Məktubbazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq”  qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazıların böhtan xarakterli olduğunu əsas gətirərək, Ə. Kərimova qarşı Cinayət məcəlləsinin 147.2-ci maddəsilə iddia qaldırmış və Yasamal rayon Məhkəməsi isə bu iddiaya əsasən Ə.Kərimovun aylıq gəlirinin 15 faizinin dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılması barədə hökm çıxarıb.

Previous Post

EVİNİ İTİRMİŞ BULYAND MUŞAYİLOBA AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN İMTİNA ETDİ

Next Post

DÖVLƏT DƏSTƏYİ İLƏ MALİYYƏLƏŞƏN LAYİHƏLƏRİN MONİTORİNQ METODOLOGİYASI AÇIQLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.