DÖVLƏT DƏSTƏYİ İLƏ MALİYYƏLƏŞƏN LAYİHƏLƏRİN MONİTORİNQ METODOLOGİYASI AÇIQLANDI

Bu gün (22 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində QHT və KİV təmsilçilərinin yaratdığı İşçi Qrupu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun qalib elan etdikləri layihələrin monitorinqinin metodologiyasının açıqlanması və sair məsələlərlə bağlı mətbuat konfransı keçirdilər.

İşçi qrupunun üzvü, Ekstremal Jurnalistika İnstitutunun sədri  İdrak Abbasov  2009-2010-cu illərdə qalib elan edilmiş layihələrin monitorinqinin araşdırılması məqsədilə  donor qurumlardan cavab gözlədiklərini və qanunla müəyyən olunmuş vaxtda cavab almayacaqları təqdirdə məhkəməyə müraciət edəcəklərini bildirdi.
Hazırlanmış metodologiya barədə  “21-ci Əsr” Təhsil Mərkəzinin sədri Etibar Əliyev məlumat verdi. O beynəlxalq normalara əsaslanaraq hazırlanmış metodologiya ilə kimsənin şübhəsi qalmayacaq şəkildə şəffaf monitorinq aparılmasının mümkünlüyü haqqında danışdı.
İşçi qrupunun əlaqələndiricisi, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli  isə məqsədlərinin dövlət büdcəsindən ayrılmış 8  milyon manatın taleyinə aydınlıq gətirməkdən ibarət olduğunu bildirdi.

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova isə adları çəkilən donorlar vəsaiti şura üzvlərinin və onların  yaxın qohumlarının arasında  bölüşdürürlər. O, dövlət büdcəsinin  vəsaitlərinin şəxsi mənafeləri naminə xərclənmsinin verilməzliyin haqqında da danışdı.

“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, “Milaz.info” saytının redaktoru Üzeyir Cəfərov qalib elan edilmiş layihələrin səmərəliliyinin bir sıra şübhələr yaratdığını və ciddi korrupsiya nöqsanlarının aşkarlandığını qeyd etdi. 

Previous Post

BAŞ REDAKTOR KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Next Post

MİLLƏT VƏKİLİNİN NAZİRƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.