BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (10 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının barəsində Nəsimi  rayon Məhkəməsinin 26 oktyabr 2011-ci il tarixdə  çıxardığı qərardan – telefon danışıqlarının dinlənilməsi ilə  bağlı verilən apellyasiya şikayəti təmin edilməyib.

Prosesdən sonra jurnalistin vəkili Elçin Sadıqov RATİ-yə bildirdi ki, hakim Nəsimi rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar elan edib və bu qərardan Ali Məhkəməyə şikayət veriləcək.

Vəkil eyni zamanda  qeyd edib ki, daha üç nəfər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

            Oktyabrın 28-də Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prerezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəməı cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrən 19-da “Xural” qəzetinin əmlakı müsadikrə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

 

Previous Post

JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.