JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası  Ali Məhkəməsində  hakim Fəxrəddin Məmmədovun sədrliyi ilə   Şərur rayon Məhkəməsinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev barədə çıxardığı hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim ilk məhkəmə instansiyasının çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb.

Jurnalist H.Mehdiyev hakimin qərarının qərəzli və ədalətsiz olduğunu deyərək, qərardan kasasiya  şikayəti veriləcəyini bildirdi.
            Xatırladaq ki,  sentyabrın 22-də Şərur rayon Məhkəməsində hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə H.Mehdiyevə qarşı CM-nin  189-1.1-ci maddəsi  ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işi üzrə hökm elan olunub. Hakim jurnalistin qanunsuz işlətdiyi iddia olunan elektrik enerjisinə görə 1000 manat dəyərində cərimələnməsi barədə qərar elan etmişdi.

Belə ki, jurnalistə qarşı təzyiqlər iyulun əvvəllərində “Franfurter algemayne tsaytunq” qəzetinin icmalçısı Mixael Lüdviqin Naxçıvana səfəri zamanı onu müşayiət etməsindən sonra başlayıb (yerli hakimiyyət almanı Naxçıvana buraxmamağa cəhd edirdi).  İyulun 15-də yerli hakimiyyəti Mehdiyevin Şərur rayonunun Cəlilkənd kəndindəki evin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə bəhanəsi ilə onun evinə enerji verilməsini dayandırıb. Lakin Mehdiyevin sözlərinə görə, o, istifadə etdiyi bütün enerjinin haqqını ödəyib və onun bunu təsdiq edən sənədləri var. O vaxtdan etibarən Mehdiyevlər ailəsi 24 gün işıqsız yaşayıb.

 

Previous Post

NEMƏT PƏNAHLININ İŞİ APELLYASİYA MƏHKƏMƏSİNDƏ

Next Post

BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.