BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov barəsində Səbail rayon Məhkəməsinin oktyabrın 5-də çıxardığı qərardan verilmiş şikayətə baxılıb.

Hakim Əmir Bayramov birinci məhkəmə  instansiyasının qərarını qüvvəsində saxlayıb. Məlumatı “Media forum” xəbər saytına vəkil Ramil Məmmədov verib.

Əlavə müdafiə tədbirlərinə və yeni vəsatətlərə gəlincə, vəkil bunu Ramin Bayramovla məsləhətləşdikdən sonra edəcəklərini bildirib.

Xatırladaq ki, oktyabrın 5-də Səbail rayon Məhkəməsi Ramin Bayramov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasına qərar verib. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində bu il avqustun 11-də tutulub.

Avqustun 13-də Səbail rayon Məhkəməsi Ramin Bayramov haqda həbs qətimkan tədbiri seçib. Ramin Bayramov MTN-in təcridxanasında saxlanır.

Previous Post

2 APREL MİTİNQİNƏ GÖRƏ HƏBS EDİLƏN GƏNC ALİ MƏKTƏBDƏN QOVULUB

Next Post

TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏR ƏCNƏBİ JURNALİSTLƏRLƏ TANIŞ OLMAQ İSTƏDİKLƏRİNİ İDDİA EDİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.