REDAKTORUN SƏHHƏTİ KƏSKİN ŞƏKİLDƏ PİSLƏŞİB

“Bakı Zaman” qəzetinin redaktoru Nicat Dağların səhhəti kəskinləşib.

 Bu barədə RATİ-yə redaktor özü məlumat verib. Onun sözlərinə görə artıq bir neçə həftədir ki, vaxtilə başının ön hissəsindən aldığı zərbədən əziyyət çəkdiyinə görə işə çıxmır. Redaktor qeyd edib ki, aldığı zərbələr nəticəsində başında kapilyar damarları partladığına görə tez-tez güclü qanaxmalar olur: “bunu vaxtilə maliyyə çətinliyi üzündən tam müalicə etmədiyimdən indi fəsadlar daha pis biruzə verməyə başlayıb. Hətta cərrahiyə əməliyatına da ehtiyacım var”. O söylədi ki, həftənin əvvəlində imkan olsa yenidən bəzi aparat və prosedurlardan keçməlidir. Bunula bağlı redaktordan hansısa qurumlara müraciət etdiyini soruşduqda redaktor rəsmi şəkildə heç bir quruma müraciət etmədiyini vurğuladı. Bildirdi ki, yalnız Amerikada yerləşən Jurnalistləri müdafiə komitəsi bu haqda xəbərdardır. “Ümüd edirəm ki, onlar müalicəmin aparılmasına köməklik göstərəcəklər”.

     Hadisə ilə əlaqədar açılmış cinayət işi ilə bağlı istintaqın gedişi barədə məlumat verən N. Dağlar Nəsimi Rayon Polis idarəsinin müstəntiqini tapa bilmədiyini və onun telefon zənglərinə cavab vermədiyini söylədi.

     Xatırladaq ki, Nicat Dağlar 2006-cı il dekabrın 25-də yaşadığı 9-cu mikrarayon ərazisində tanımadığı şəxslərin basqınına məruz qalaraq, bıçaq və küt alətlərlə zərbələr almışdı.

Previous Post

PREZİDENTƏ MÜRACİƏT GÖNDƏRİLDİ

Next Post

DAHA BİR KANALA XƏBƏRDARLIQ EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.