AZADXEBER.ORG-UN REDAKTORUNUN İŞİ ÜZRƏ İSTİNTAQ APARILMIR

RATİ-nin Mətbuat Mərkəzində çərşənbə günü keçirilən mətbuat konfransında jurnalistlərin təqibi və onların ittihamı edilməsi, o cümlədən Azadxeber.org-un redaktoru Nicat Əliyevin işindən danışılıb.

Saytın redaktor əvəzi Pərvin Zeynalov Nicat Əliyev 20 mayda «Avroviziya» müsabiqəsi öncəsi saxlanılması barədə məlumat verib. O, Bakıda 3-cü mikrorayonda disk yayırmış. Nicatla birgə bir neçə nəfər saxlanılsa da, sonradan buraxılıblar. Nicat Əliyevə isə narkotik saxlamaq ittihamı ilə 2 ay həbs kəsilib.

    Zeynalov bunların nə disk olduğunu dəqiqləşdirməyib, amma vəkil Anar Qasımlı bildirib ki, onlarda «Avroviziya» müsabiqəsi, sökülən evlər, Qarabağ problemi barədə məlumatlar olub.  Vəkil bildirib ki, redaktoru CM-in 234-ci maddəsi ilə ittiham edirlər və onu 3 ilədək həbs gözləyir.

    «Müdafiə etdiyim şəxsə fiziki və psixoloji təzyiq olub, onu döyüblər, homoseksualların yanına göndərməklə hədələyiblər. Nəticədə Əliyev etirafedici ifadə verib. Sonradan o, bu ifadələrdən imtina edib. Bildirib ki, ifadəni təzyiq altında verib. O, yenidən ifadə vermək üçün ərizə yazsa da, istintaq 20 gündür reaksiya vermir», – deyə vəkil bildirib.

    İstintaq Əliyevin mənzilində axtarış aparan zaman onun şəxsi kompüterini götürüb, avtomobilini müsadirə edib. Pərvin Zeynalov deyib ki, Nicat Əliyevin həbsi onun peşə fəaliyyəti, saytda yerləşdirilən materiallarla bağlıdır. “Kollektivimiz Nicat Əliyevin təcili olaraq azad edilməsini tələb edir», – deyə o bildirib.

 

Previous Post

İRANDA SAXLANILAN AZƏRBAYCAN YAZARLARINI MÜDAFİƏ KOMİTƏSİ YARADILIR

Next Post

“YENİ MÜSAVAT”LA AZALIN MƏHKƏMƏSİ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.