“YENİ MÜSAVAT”LA AZALIN MƏHKƏMƏSİ BAŞLADI

Nizami rayon məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) “Yeni Müsavat” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun qorunması tələbi ilə qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Qəzetin nümayəndəsi Elçin Sadıqov hazırkı işə baxıldığı müddətdə AZAL-ın “Yeni Müsavat” qəzetinə qarşı yeni iddialar qaldırmasını, iddia tələbinin artırılmasının qadağan edilməsi ilə bağlı məhkəməyə etdikləri müraciətin təmin edilmədiyini, buna görə də  həmin qərardan şikayət verdiklərini bildirib. Hakim həmin şikayətə baxıldığı müddətdə prosesin təxir salındığını, növbəti hazırlıq prosesinin 30 iyul saat 11:00-a təyin olunduğunu bildirib.

Xatırladaq ki, AZAL qəzetin 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqalədəki fikirlərin həqiqətə uyğun olmadığını əsas gətirərək məhkəməyə müraciət edib.

Previous Post

AZADXEBER.ORG-UN REDAKTORUNUN İŞİ ÜZRƏ İSTİNTAQ APARILMIR

Next Post

HİLAL MƏMMƏDOVA QARŞI YENİ İTTİHAMLAR İRƏLİ SÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.