BAŞ REDAKTORLAR PREZİDENTƏ MÜRACİƏT EDİBLƏR

Bir qrup qəzetin baş redaktoru tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Bu barədə “Gündəlik Bakı” qəzetinin bugünkü (26 fevral) sayında məlumat verilib.

Müraciətdə Mətbuat Şurasının KİV-lərə qarşı  təzyiqlər göstərməsi, eləcə də qurumun sədri Əflatun Amaşovun müstəqil  mətbuatın fəaliyyətini əngəlləməsi və əsassız  sanksiyalar tətbiq edərək, onların “reket nəşr” adlandırılmasına qərar verməsi  qeyd olunub.
Müraciətin sonunda MŞ sədri Ə. Amaşov barəsində qanunvericilik səviyyəsində lazımı tədbirlər görülməsi xahiş olunub.

Müraciətə “Müxalifət”, “Xural”,  “Təzadlar”, “Gündəlik Bakı”,  “Mühakimə”, “Yeni dövr” və digər qəzetlərin baş redaktorları imza atıblar.

Previous Post

ELAN!

Next Post

MƏTBUAT ŞURASININ SƏDRİNİN MƏHKƏMƏDƏ İŞTİRAKI İLƏ BAĞLI VƏSATƏT TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.