MƏTBUAT ŞURASININ SƏDRİNİN MƏHKƏMƏDƏ İŞTİRAKI İLƏ BAĞLI VƏSATƏT TƏMİN EDİLDİ

Bu gün (26 fevral) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili və onun hüquqlarını müdafiə edən Əlirza Həbilov, cavabdeh qismində MŞ-nın nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.

Vəkil Ə. Həbilov Əflatun Amaşovun özünün prosesə qatılması barədə vəsatət qaldırdı. MŞ-nın nümayəndəsi vəsatətlə razılaşmadığını bildirdi.
Hakim vəsatəti təmin edərək, Amaşovun növbəti prosesə qatılmalı olduğunu qeyd etdi. Prosesi 3 mart saat 15:30-a təyin olundu.

Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Azərbaycan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “reket” nəşrlər siyahısına aid edib. Qəzetin baş redaktoru A. Mərzili bunu əsassız hesab edərək,  məhkəməyə müraciət edib.

Previous Post

BAŞ REDAKTORLAR PREZİDENTƏ MÜRACİƏT EDİBLƏR

Next Post

EYNİ İDDİA ÜZRƏ BİR NEÇƏ QƏZETƏ QARŞI İDDİA MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.