REDAKTORLAR DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVLA GÖRÜŞÜBLƏR

Dünən (16 iyun) bir qrup KİV rəhbəri son vaxtlar Bakı şəhərində qəzet satışına qoyulmuş məhdudiyyətlərlə bağlı daxili işlər naziri Ramil Usubovla görüşüb.

“Azadlıq”qəzetinin yaydığı məlumata görə, görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, onun müavini Umud Rəhimoğlu, KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, “Azadlıq ” qəzetinin baş direktoru Azər Əhmədov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Zerkalo ” qəzetinin baş redaktoru Elçin Şıxlı və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib. Görüşdə son günlər qəzet yayımında yaranmış problem müzakirə olunub və məsələ ilə bağlı razılıq əldə olunub. Daxili İşlər Naziri R.Usubov bildirib ki, artıq sabahdan (bu gündən) bunun nəticəsi özünü göstərəcək.
Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq, küçə ticarətinin qarşısının alınması  planı çərçivəsində, polis əməkdaşları qanuni qəzet satışı ilə məşğul olan fiziki şəxslərə də qadağalar qoyurdular.

Previous Post

EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ İSTİNTAQI YEKUNLAŞIB

Next Post

“MİLAZ.İNFO” SAYTINDA PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.