ANS TV-NİN ÜÇ ƏMƏKDAŞI İŞDƏN KƏNARLAŞDIRILDI

ANS TV-nin bədii və publisistik verilişlərinin prodüsserləri Səadət Məmmədova, Şahin Əhədov və Gülnarə Bağırova ciddi cəzalandırılaraq işdən uzaqlaşdırılıblar.

Bu xəbəri RATİ-yə ANS şirkətlər qrupunun vitse prezidenti Mirşahin Ağayev verib. Onun sözlərinə görə adı çəkilən jurnalistlər fevralın 26-da ANS TV-nin birbaşa efirində Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilərkən özlərini şəhidlərin ruhuna layiq olmayan tərzdə aparıblar. Bu səbəbdən də işçilər tutduqları vəzifədən kənarlaşdırılıblar.
Hadisə ilə bağlı məlumat almaq üçün işdən çıxarılan prodüsserlərlə əlaqə yaratmaq istəsək də onların koordinatlarını tapa bilmədik.

Previous Post

ELAN

Next Post

REDAKTORUN AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.