REDAKTORLAR BİRLİYİ “LİDER”-İN MÖVQEYİNİ PİSLƏYİB

Dünən Redaktorlar Birliyi Mətbuat Şurasının ofisində növbədənkənar iclas keçirib.

İclasda əsas müzakirə mövzusu martın 13-də “Azadlıq” qəzetinin bıçaqlanan əməkdaşı Aqil Xəlilin işi olub. İclasda bu məsələ ilə əlaqədar bəyanat qəbul edilib. Bəyanatda bəzi jurnalistlərin qeyri peşəkar mövqe tutması, hadisədə A. Xəlilin özünün günahlandırılması, bu hadisə ilə bağlı “Lider” telekanalının tutduğu mövqe pislənilib. Bu məlumatı “Media forum”-a Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli verib: ”Redaktorlar həmçinin baş vermiş hadisənin siyasiləşməsinin əleyhinədirlər. Təklif edirik ki, məsələ iki istiqamətdə nəzarətdə saxlansın. Ən birincisi, Aqil xəsarət alıb, onun səhhəti daim diqqətdə olmalıdır. Bununla bağlı həmkarları əllərindən gələn köməkliyi əsirgəməməlidir. İkincisi, redaktorlar təklif etdilər ki, bu məsələ siyasi şoudan kənar – düzgün araşdırılsın. Jurnalistə xəsarət yetirənlər, onlara bu işi sifariş verənlər tapılaraq cəzalandırılsın”
Previous Post

MEDİANIN DURUMU İLƏ BAĞLI NÖVBƏTİ HESABAT AÇIQLANIB

Next Post

HARAŞTİ JURNALİSTİN BIÇAQLANMASINI PİSLƏYƏN AÇIQLAMA İLƏ ÇIXIŞ EDİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.