Mətbuat qrupu jurnalİst Canıyevİn həbsİ barədə reportaj hazırlayacaq

              Bu gün (30 sentyabr ) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirilən Redaktorlar Birliyinin (RB) iclasında sentyabrın 29-da Lənkəranda səfərdə olan mətbuat qrupunun hesabatı dinlənilib.

Səfər zamanı “Yeni Müsavat”, “Xural” qəzetinin, Turan agentliyinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları Canıyevin əleyhdarları və tərəfdarları ilə görüşüblər.

            Qrupun hesabatını dinləyən Redaktorlar Birliyi səfər haqqında reportajın hazırlanması barədə qərar qəbul edib. Həmçinin münaqişənin əlaqədar tərəflərlə məsləhətləşmələr yolu ilə həll olunması qərara alınıb.

            Xatırladaq ki,  Aydın Canıyev vətəndaş Zemfira Xəlilovanı təhqir etdiyinə və Sərnakyan məscidində xuliqanlıq hərəkətləri törətdiyinə görə sentyabrın 7-də 12 sutkalığa həbs olunub. Sonra məhkəmənin qərarı ilə  həbs müddəti  CM-in 221.2 maddəsilə (xuliqanlıq) uzadılıb, özü isə Bakıya gətirilib.

             “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı bildirir ki, Canıyev Lənkəranda din xadimlərinin nalayiq hərəkətlərini ifşa etdiyinə görə təqib olunur.

 

Previous Post

MÜXALİFƏTÇİLƏRƏ HÖKM OXUNMASI OKTYABRIN 3-DƏK TƏXİRƏ SALINIB

Next Post

Jurnalİstİn qızını məktəbdə döyüblər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.