26 sentyabr 2011-ci ildə RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun səkkizinci sinifdə oxuyan qızı Aişə Abbaslını oxuduğu Naxçıvan şəhər 12 saylı məktəbdə vurublar.
“ 25 sentyabrda Bakıda Naxçıvandakı ictimai –siyasi vəziyyətlə bağlı konfrans keçirildi və biz orada iştirak etdik. Bir gün sonra hadisənin baş verməsi təsadüfi ola bilməz. Gözlənilmədən özündən böyük yaşlı məktəbli oğlan qızımın burnundan yumruqla vurub və qaçaraq uzaqlaşıb. Aldığı zərbədən Aişə Abbaslı huşunu itirib və onu vuran şəxsi tanıya bilməyib,”- deyə E.Abbasov bildirib.
E.Abbasov deyib ki, bu günə qədər ona qarşı dəfələrlə bu cür təzyiqlər olub. Bir müddət əvvəl ailəsi haqda qara yaxma, şər böhtan kampaniyası aparılırdı. Özü və ailə üzvləri telefonla təhdid edilirdi. Yerli hakimiyyətin məqsədi təzyiq edərək onu hüquq müdafiəçisi və jurnalist kimi peşə fəaliyyətindən çəkindirməkdir. Olunan təzyiqlərin effektli olmadığını görən yerli hakimiyyət artıq məktəbli qız uşağını cəzalandırmaq kursunu seçib. Bir daha bəyan edirəm ki, bu cür təzyiqlərin davam etməsi məni peşə fəaliyyətimdən çəkindirməyəcək.
Gələcəkdə bu cür hadisələr təkrarlanarsa bunun məsuliyyəti MR rəhbərliyinin üzərində q