İNSAN HÜQUQLARI ÜZRƏ MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏNİN İCRASINA BAŞLAYIB

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi Britaniya səfirliyinin Strateji Proqram Fondunun maliyyə dəstəyi ilə “BMT-in insan hüquqlarının müdafiəsi mexanizmlərindən effektiv istifadə etməklə cəza sisteminin təkmilləşdirilməsi “ adlı layihənin icrasına başlamışdır. Bu barədə İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova bu gün keçirdiyi tədbirdə məlumat verib.

    Layihənin əsas məqsədi insan hüquq və azadlıqlarının təmin olunmasına nail olmaqdır. Layihə çərçivəsində:
     – Azadlıqdan məhrumetmə yerlərində saxlanma şəraiti, pis rəftar və işgəncə halları ilə bağlı monitorinqlər keçiriləcək;

     – Müvafiq qanunvericiliyi  beynəlxalq normalarla müqayisə olunmaqla analiz ediləcək;

     – BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Azərbaycan Dövlətinin dövrü hesabatına alternativ hesabat təqdim ediləcək;

     – BMT-nin müqavilə orqanlarına alternativ hesabatların hazırlanması üçün müvafiq bilik və bacarıqların artırılması üçün təlim keçiriləcək və qrup formalaşacaqdır.

     Layihə çərçivəsində həmçinin İnsan Hüquqlarının BMT mexanizmlərinin təbliği, təşviqi və öyrənilməsi ilə bağlı fəaliyyətləri əhatə edəcəkdir. Bu məqsədlə radiodebatın təşkili, KİV-də məlumatların yerləşdirilməsi nəzərdə tutulur.
     Tədbirdə çıxış edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bildirdi ki, BMT-in insan hüquqlarının müdafiəsi mexanizmləri ilə bağlı “İnsan hüquqları müdafiəçilərinin Cənubi Qafqaz şəbəkəsi” layihəsi çərçivəsində bir neçə gün öncə Gürcüstanın Batumi şəhərində treninqlər keçirilib.

     FOTO:

     http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,273/lang,az/

Previous Post

ARZU ABDULLAYEVA JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI BAŞ PROKURORA MÜRACİƏT EDİB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU KİV-LƏ BAĞLI QANUN DƏYİŞİKLİKLƏRİNİN MİLLİ MƏCLİSİN GÜNDƏLİYİNDƏN ÇIXARILMASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.