ELÇİN BEHBUDOV PREZİDENTƏ MÜRACİƏT ETDİ

Dünən (13 aprel) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Behbudov özü verib.
Məktubda “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin həbsdən azad olunmasında göstərdiyi xüsusi səyə görə prezidentə dərin minnətdarlıq bildirən hüquq müdafiəçisi  bu kimi humanitar addımların davamlı olacağına inamını və onun digər həbsdə saxlanılan jurnalistlərə, xüsusən də Eynulla Fətullayev və Qənimət Zahidə (Zahidov) şamil olunacağına ümid etdiyini bildirib.
Müraciətdə “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun adının qeyd olunmaması isə bağlı sualımıza E.Behbudov ”İndi əsas məsələ baş redaktorların azad olmasıdır. Sonra isə təbii ki, M.Hüseynov da həbsdən azad olunacaq” – deyə cavab verib.
Previous Post

“GÜNDƏLİK BAKI”-NIN VƏSATƏTİ TƏMİN OLUNDU

Next Post

VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.