VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Bu gün (14 aprel) vəkil İsaxan Aşurov 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Realnıy Azərbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə  görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil İsaxan Aşurovun özü verib. İ.Aşurovun sözlərinə görə, baş reaktorun səhhəti yaxşıdır və heç bir şikayəti yoxdur.
Vəkilin sözlərinə görə, E. Fətullayevi narahat edən ancaq Avropa Məhkəməsi tərəfindən Azərbaycan dövlətinin sorğuya cavabının surətini göndərilməməsidir: “Biz bu işlə əlaqədar bir sıra müzakirələr apardıq”, İ. Aşurov deyə bildirdi.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

ELÇİN BEHBUDOV PREZİDENTƏ MÜRACİƏT ETDİ

Next Post

RATİ-NİN ƏMƏKDAŞI MƏHKƏMƏ ZALINA BURAXILMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.