ELÇİN BEHBUDOV QƏNİMƏT ZAHİDOV VƏ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Dünən  (11 dekabr) “İşgəncələrə Qarşı Azərbaycan” Komitəsinin rəhbəri Elçin Behbudov həbsdə olan jurnalistlər – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) və “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu barədə RATİ-yə  E. Behbudovun özü məlumat verib. O,  bildirib ki, jurnalistlərin saxlanma şəraitindən və onlara olan münasibətdən şikayəti olmayıb.
Komitə rəhbəri onu da deyib ki, atasının yas mərasimində iştirak edib, dekabr ayının 8-də yenidən cəzaçəkmə müəssisəsinə qaytarılan Q. Zahid ona atasının yas  mərasimində iştirak etməyə imkan yaradan bütün şəxslərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Q.Zahidovun atası Səlim Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib. Q. Zahidov , habelə həbsdə olan qardaşı “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) anaları Xədicə Zahidovanın Ədliyyə Nazirliyinə vurduğu teleqramdan sonra dekabrın 2-dən 3-ə keçən gecə müvəqqəti olaraq azadlığa buraxılmışdılar. Dekabrın 8-də isə Zahidov qardaşları yenidən cəza çəkdikləri müəssisələrə qaytarılıblar.
Previous Post

XARİCİ RADİOSTANSİYALARIN TALEYİ İLƏ BAĞLI BÜTÜN TƏRƏFLƏRİ RAZI SALACAQ HƏLL YOLU AXTARILIR

Next Post

“ÜÇ NÖQTƏ” QƏZETİ SABAHDAN DƏRC OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.