XARİCİ RADİOSTANSİYALARIN TALEYİ İLƏ BAĞLI BÜTÜN TƏRƏFLƏRİ RAZI SALACAQ HƏLL YOLU AXTARILIR

“Azərbaycanda qüvvədə olan qanunlara görə, yerli tezliklər yalnız yerli yayımçılara verilə bilər.

İndi problemin bütün tərəfləri razı salacaq şəkildə həlli üçün danışıqlar aparılır”.   “Yeni Müsavat” qəzetinin məlumatına görə, bunu dekabr ayının 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasında səfərdə olduğu zaman həmkarı Karel Şvarsenberqlə birgə keçirdiyi  mətbuat konfransında xarici radiostansiyaların taleyi ilə bağlı yaranan suala cavabda bildirib.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli bir müddət bundan əvvəl bildirib ki,  “Azadlıq”, “Amerikanın səsi” və “BBC” radiostnsiyalarının Azərbaycanda milli tezliklərlə yayımı 2009-cu il yanvarın 1-dən dayandırılacaq.
K.Şvarsenberq isə yaranmış suala öz ölkəsinin təcrübəsi əsasında cavab verib: ”Hansı radionun yayımına icazənı verib-verməmək Azərbaycan hökumətinin öz işidir. Amma mən yalnız öz ölkəmin  təcrübəsi əsasında bir şeyi qeyd etmək istəyirəm ki, “BBC” radiosu hazırda mənim ölkəmdə də fəaliyyət göstərir. “Azadlıq” radiosu kimi, bu, radioların hamısı mənim ölkəmdə demokratiyanın inkişafında, islahatlarda müstəsna rol oynayıb“.
Previous Post

ŞƏHİD-REPORTYORUN ANADAN OLMASININ 60-CI İLİ TAMAM OLDU

Next Post

ELÇİN BEHBUDOV QƏNİMƏT ZAHİDOV VƏ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.