RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ NARDARAN SAKİNLƏRİ MƏTBUAT KONFRASI KEÇİRİB

Bu gün (12 sentyabr)  RATİ-nin mətbuat mərkəzində Nardaran qəsəbəsinin bir qrup sakini torpaqlarının əllərindən alınması ilə bağlı mətbuat konfransı kecirdi.

Konfrasda şikayətşi sakinlərin səlahətli nümayəndəsi Rasim Əlizadə sakinlərin ata-baba mülkü olan torpaqların ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Esküderonun gəlini Nigar Nəzərova tərəfindən qanunsuz olaraq əllərindən alındığını bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilsədə hec bir nəticə yoxdur.

Mətbuat konfransda “Turan” İnformasiya Agentliyi, “Bizim Yol”, “Yeni Müsavat”, “Baki Xəbər” və “Zerkalo” qəzetlərinin müxbirləri iştirak edib. 

Qeyd edək ki, bu sosial problemə aid olan mövzu üzrə bağlı konfransın RATİ-nin mətbuat mərkəzində keçirilməsinə səbəb Nardaran qəsəbəsi sakinlərinin mətbuat konfransı keçirməyə yer tapa bilməmələri ilə bağlıdır.  (http://www.irfs.az/content/view/1230/28/lang,az/).  Qəsəbə sakinləri bir necə mətbuat mərkəzinə müraciət edərək tədbir keçirmək istəsələr də “Gündəlik Bakı” qəzetindən başqa onlara bu imkan yaradılmayıb.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,120/

Previous Post

ŞƏRQ-QƏRB İNFORMASİYA MAGİSTRALI LAYİHƏSİ HAZIRLANILIR

Next Post

DÜNƏN AZƏRBAYCANIN İNTERNETLƏ TƏMİNATINDA PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.