“SEÇKİ MONİTORİNQ MƏRKƏZİ”-NİN İŞİ APELLYASİYA MƏHKƏMƏSİNƏ QAYTARILDI

 Bu gün (19 sentyabr) Ali Məhkəmədə hakim Aslan Kalbalıyevin sədrliyi ilə “Seçki Monitorinq Mərkəzi” İctimai Birliyi qeydiyyatın ləğv edilməsi iddiası ilə bağlı Xətai Rayon Məhkəməsinin çıxardığı hökmdən verilmiş kassasiya şikayəti üzrə  məhkəmə prosesi keçirilib.

Bu barədə RATİ-yə “Seçki Monitorinq Mərkəzi” İctimai Birliyinin hüquqşünası   Ülviyyə Təhməzli məlumat verib. Onun sözlərinə görə,  hakim Kalbalıyev “Seçki Monitorinq Mərkəzi” İctimai Birliyinin işinə yenidən baxılması üçün şikayəti Bakı Apellasiya Məhkəməsinə göndərmək haqqında qərar verib.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət etmişdi. Xətai rayon Məhkəməsi bu iddianı təmin etmişdi.

Previous Post

MSK “MEDİAFORUM”A SİYASİ REKLAM ÜÇÜN İCAZƏ VERMƏDİ

Next Post

MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSƏSİNƏ KÖÇÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.