““Media forum” xəbər saytı gələn ay keçiriləcək prezident seçkisi ilə bağlı siyasi reklam tariflərini müəyyənləşdirmiş və “İnternyus Azərbaycan” bununla bağlı MSK-ya müraciət edərək “Media forum”da prezidentliyə namizədlərin ödənişli reklamlarının yerləşdirilməsi hazırlığının getdiyi barədə rəsmi məlumat vermişdi.
MSK-nın mətbuat qrupunun sentyabrın 18-də keçirilən iclasında həmin müraciətə mənfi rəy verilib”. Bu barədə RATİ-yə məlumat verən saytın rəhbəri Azər Qaraçənlinin sözlərinə görə, əsas kimi “Media forum” layihəsinin xarici fondun maliyyələşdirməsi göstərilib (layihəni ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu maliyyləşdirir).
Qeyd edək ki, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov və Media Hüquq İnstitutunun nümayəndəsi Xalid Ağaliyev məsələ ilə baglı “Media forum”a münasibət bildiriblər. Onlar Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat qrupunun “Media forum” saytında prezidentliyə namizədlərin seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi məsələsi ilə bağlı verdiyi rəyə qarşı rəylə çıxış ediblər. “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovun rəyində bildirilir ki, MSK-nın mətbuat qrupunun “Media forum” saytında prezidentliyə namizədlərin seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsinin mümkünsüzlüyü barədə gəldiyi nəticə qanunsuzdur. H.Həsənovun rəyində deyilir: “Seçki Məcəlləsinin 74.4.1 və 90-cı maddələrinə müvafiq olaraq bir sıra subyektlərlə yanaşı xarici dövlətlərə, xarici hüquqi və fiziki şəxslərə, habelə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında xarici hüquqi və fiziki şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olan Azərbaycan Respublikasının hüquqi şəxslərinə seçkiqabağı təşviqatın aparılması qadağan edilir”.
Media Hüquq İnstitutunun nümayəndəsi Xalid Ağaliyevin rəyində isə bildirilir ki, seçkiqabağı təşviqat kampaniyası hər şeydən əvvəl konstitusiyanın 47-ci (ifadə azadlığı) maddəsinə uyğun formada aparılmalıdır: “Seçki Məcəlləsinin 74-cü maddəsində bu məqam öz əksini tapıb. Mərkəzi Seçki Komissiyası təşviqatla ilgili hər bir qərarını ifadə azadlığının işığında çək-çevir edərək ortaya qoymalıdır”.