ELMAR HÜSEYNOVUN 45 YAŞI MƏZARI BAŞINDA QEYD EDİLDİ

Bu gün (17 İyul) mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru  Elmar Hüseynovun doğum günüdür. 2005-ci il mart ayının 2-də qətlə yetirilməsəydisə  Elmar Hüseynovun 45 yaşı tamam olacaqdı.

Doğum günü münasibətilə media nümayəndələrini, QHT və siyasi partiya rəhbərləri və  və E.Hüseynovun dostları 2-ci Fəxri Xiyabanda məzarı üstündə mərhum jurnalistin əziz xatirəsini yad etməklə qeyd etdilər.

Mərasimdə çıxış edən “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu E.Hüseynov haqqında xatirələrini danışdı. O dost itkisinin ağır olduğunu dedi.

İnsan Hüquqları Uğrunda İctimai Birliyin sədri Eynulla Fətullayev isə hesab etdi ki, Elmarın qətli ilə Azərbaycanda jurnalistika və demokratiya qətlə yetirilib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də E.Hüseynov haqqında xatirələrini danışdı və onun qatillərinin mütləq cəzalandırılacağına ümid ifadə etdi.

“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova isə Elmarın yolunu bu gün də davam etdirənlərin olduğunu və şəxsən özünün də bu əzmdə olduğunu vurğuladı.     

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə  Elmar Hüseynovun məzarını azad sözə və demokratiya uğrunda mübarizəyə qoyulmuş bir abidə hesab etdi.

REAL hərəkatının nümayəndəsi Natiq Cəfərli isə hesab etdi ki, E.Hüseynovun rus dilinə yazığı məqalələri həm Azərbaycan, həm də ingilis dillərinə tərcümə edərək daha geniş oxucu auditoriyasına təqdim etmək lazımdır.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə regionda ciddi siyasi proseslərin başladığını və bu proseslərin Azərbaycandan da yan keçməyəcəyini və bütün bu proseslərin nəticəsi olaraq ədalətin zəfər çalacağına və Elmarı qətlə yetirənlərin də cəzalandırılacağına ümidvar olduğunu qeyd etdi.

 Jurnalist İdrak Abbasov isə hazırda həbsə siyasətçilərin, fəalların, Əvəz Zeynallı daxil olmaqla 8 nəfər media nümayəndəsinin həbsdə olduğuna, hər gün jurnalistlərin təzyiqə məruz qaldığına əsaslanaraq Azərbaycanda Elmarın yolunun davam etdirildiyini bildirdi.

RATİ sədri Emin Hüseynov da E.Hüseynovun Azərbaycan mediası üçün  böyük itki olduğunu dedi.  O habelə 2011-ci ildə Rafiq  Tağının qətlə yetirilməsini xatırladaraq bu kimi qətllərin üstünün açılmadığından narahatlığını ifadə etdi. Habelə E.Hüseynov nikbin olduğunu, qətlə yetirilmiş jurnalistlərin işlərinin Xədicə İsmayılova və çoxsaylı gənc jurnalistin davam etdirdiyini qeyd etdi.  

 

Previous Post

“QASİD” MƏTBUAT YAYIMI ƏMƏKDAŞLARININ AKSİYASI ZAMANI JURNALİST TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

GƏNCLƏR ÜÇÜN AUDİO BLOQÇULUQLA BAĞLI TƏLİM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.