“QASİD” MƏTBUAT YAYIMI ƏMƏKDAŞLARININ AKSİYASI ZAMANI JURNALİST TƏZYİQƏ MƏRUZ QALIB

“Qasid” mətbuat yayımı firmasının sökülən köşkləri ilə bağlı həmin köşklərin işçiləri iyulun 17-də Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd ediblər.

Etirazçılar heç bir səbəb göstərilmədən onlara köşklərin təcili boşaldılması ilə bağlı göstəriş verildiyini bildiriblər. Administrasiyanın sektor müdiri Vüqar Əliyev aksiya iştirakçılarından 5 nəfərini qəbul edərək onların şikayətini dinləyib və bununla bağlı İctimai Siyasi şöbənin müdiri Əli Həsənova məlumat verəcəyini bildirib.

Aksiya zamanı polisin şəklini çəkdiyinə görə “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva təzyiqə məruz qalıb. Polislər xanım jurnalistin qollarından tutaraq zorakılıqla maşına mindiriblər. R.Rəfiyeva təxminən 20 dəqiqə polis maşınında saxlanıldıqdan sonra sərbəst buraxılıb.

 

 

Previous Post

“ƏNƏNƏVİ KİV-DƏN ONLAYN MEDİAYA” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Next Post

ELMAR HÜSEYNOVUN 45 YAŞI MƏZARI BAŞINDA QEYD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.