EMİN HÜSEYNOV YENİDƏN RATİ-NİN İDARƏ HEYƏTİNİN SƏDRİ SEÇİLDİ

 Oktyabrın 7-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Ümumi Yığıncağının 8-ci iclası keçirildi.

RATİ-nin mətbuat mərkəzində baş tutan iclasda İctimai Birliyin Nizamnaməsinə  uyğun olaraq İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin seçkisi keçirilib.
 İclasda  İctimai Birliyin üzvlərindən 21 nəfər iştirak edirdi.  İclasda ilk olaraq İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin seçkisi keçirilib
 Say Komissiyasının açıqladığı səsvermənin nəticələrinə əsasən 2 illik müddətinə  İdarə Heyətinə 9 nəfər, Nəzarət-Təftiş Komissiyasına isə 5 nəfər üzv seçilib
 Bundan sonra İdarə Heyətinin yeni seçilmiş üzvləri İdarə Heyətinin sədr seçkilərini keçirdilər. Səsvermənin nəticələrinə əsasən Emin Hüseynov daha 2 il müddətinə “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 06.10.2010

Next Post

AZADLIQ QƏZETİNİN İNTERNET SƏHİFƏSİNƏ GİRİŞƏ QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.