AZADLIQ QƏZETİNİN İNTERNET SƏHİFƏSİNƏ GİRİŞƏ QADAĞA QOYULUB

Dövlət strukturlarında “Azadlıq” qəzetinin internet səhifəsinə daxil olmağa qadağalar qoyulub.

Bu barədə bu gün (07 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin veb-redaktoru Alı Rza məlumat verib.  
Onun sözlərinə görə, özlərini təqdim etmək istəməyən xüsusi dövlət strukturlarında işləyən  bir neçə şəxs redaksiyaya zəng edərək, işçilərə şifahi xəbərdarlığın olunduğunu, həmçinin də sayta girişə blok qoyulması barədə məlumat veriblər.
“Bəzi provayderlərə də “Azadlıq” qəzetinin səhifəsinə  girişin yasaq edilməsi ilə bağlı göstəriş verilib.  Hələlik  “Azeurotel”  provayderinin abonentləri “Azadlıq” qəzetinin internet səhifəsini aça bilirlər”, – deyə A.Rza qeyd etdi
     “Azeurotel”dən isə  özünü təqdim etmək istəməyən şəxs RATİ-yə  bildirib ki, “Azadlıq” qəzetinin internet səhifəsinə daxil olmaqla bağlı onlar tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ilin dekabrın 24-dən çıxır, gündəlik qəzet kimi nəşr olunur.
Previous Post

EMİN HÜSEYNOV YENİDƏN RATİ-NİN İDARƏ HEYƏTİNİN SƏDRİ SEÇİLDİ

Next Post

EYNULLA FƏTULLAYEV SƏBAİL RAYON MƏHKƏMƏSİNDƏ 8 SAAT AC-SUSUZ VƏ AYAQ ÜSTƏ SAXLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.