EMİN HÜSEYNOV SƏHƏTİ KAFİ OLARAQ QALMAQDADIR

Polis tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalıqdan sonra iyunun 14-dən xəstəxanaya yerləşdirilmiş  RATİ sədri Emin Hüseynovun səhəti hələ də kafi olaraq qalmaqdadır.

Baş gicəllənməsi və baş ağrıları, habelə halsızlıqdan şikayət edən E. Hüseynovun təzyiqi də bu gün səhər saatlarında yüksək olub.  Bu barədə RATİ-yə E. Hüseynovun özü məlumat verib.

Belə ki, E. Hüseynovun təzyiqə məruz qalmasına etiraz əlaməti olaraq  “Azadlıq” bloku  bəyanat yayıb. Sənəddə  RATİ sədri Emin Hüseynova qarşı baş vermiş Polis zorakılığını qətiyyətlə pisləyir. “Azadlıq” qəzetinin yaydığı məlumata görə bəyanatda bildirilir ki, bu özbaşınalığa görə məsuliyyət siyasi hakimiyyətin üzərinə düşür.

“Gündəlil Bakı” Ombudsman Elmira Süleymanova RATİ sədri Emin Hüseynovun işinin obyektiv araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da E.Hüseynovun işgəncələrə məruz qalmasını pisləyib. “Emin Hüseyinlinin özü-özünə zərər yetirməsi ilə bağlı iddialar gülüncdür”, – deyə komitə sədri vurğulayıb.

Previous Post

“XALQ CƏBHƏSİ” QƏZETİNİN BİNA PROBLEMİ HƏLL OLUNDU

Next Post

Musavat partiyasinin kecirdiyi piket

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.