“XALQ CƏBHƏSİ” QƏZETİNİN BİNA PROBLEMİ HƏLL OLUNDU

“Xalq Cəbhəsi” qəzeti yerləşdiyi binadan çıxarılmamağı ilə bağlı şifahi razılaşma əldə olunub.

BBu barədə APA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.  Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏN) ilə imzalanmış müqavilənin vaxtının hələlik rəsmi şəkildə uzadılmadığını deyən Q. Həsənquliyev təmirə görə binanı tərk etmələrinə zərurətin olmadığını vurğulayıb.
Qeyd edək ki,  DƏN Su Təsərrüfatı və Meliorasiya İdarəsinin balansında olan  Binəqədi rayon İ. Dadaşov küçəsi 70 A ünvanındankı binada təmir işlərinin aparılması əsas gətirilərək “Xalq Cəbhəsi”  qəzeti və BAXCP-dən  iyunun 19-a qədər binanı tərk etməyi tələb etmişdi.

Previous Post

“CİNEMA NEWS” ADLI YENİ KİNO JURNAL TƏSİS EDİLİB

Next Post

EMİN HÜSEYNOV SƏHƏTİ KAFİ OLARAQ QALMAQDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.