EMİN HÜSEYNOVUN İDDİASINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı  Daxili İşlər Nazirliyini, Nəsimi rayon Polis İdarəsini və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddianın icraata götürülməməsi ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Dünən (26 avqust) Bakı Apellyasiya Məhkəməsindən E.Hüseynovun ünvanına məktub daxil olub. Məktubda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2008-ci il tarixli qərardadından Hüseynov Emin Rafiq oğlu və onun nümayəndələrinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində 02.09.2008-ci il tarixində saat 10:30-da baxılması üçün vaxtın təyin edildiyi göstərilir.
Xatırladaq ki. E.Hüseynov iyunun 14-də “Alaturka” restoranında kubalı Çe Gevaranın 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbir dağıdılarkən, habelə 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polis əməkdaşları tədbiri işıqlandırmaq istəyən Hüseynova qarşı təhqiredici davranışa yol veriblər. Ona həm restoranda, həm də sonradan aparıldığı 22-ci Polis Bölməsində fiziki təzyiq göstərilib, nəticədə huşunu itirən Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etməkdədir.
Qeyd edək ki, iyul ayının 24-də Hüseynov buna görə, Daxili İşlər Nazirliyini, Nəsimi Rayon Polis İdarəsini və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsini məhkəməyə vermişdi. Nəsimi rayon məhkəməsi isə işi icraata götürməkdən imtina etmişdi. Hüseynov Nəsimi rayon Məhkəməsinin qərardadından Apelyasiya Məhkəməsinə şikayət ərizəsi vermişdi.
Previous Post

ALİ MƏHKƏMƏ QƏNİMƏT ZAHİDİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

MİLLƏT VƏKİLİNİN AZTV–YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ SABAH KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.