ALİ MƏHKƏMƏ QƏNİMƏT ZAHİDİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Bu gün (26 avqust) Ali Məhkəmədə İlham Cəfərovun sədrliyi ilə “Azadlıq” qəztinin baş redaktoru Qənimət Zahidovun (Zahid) kassasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu haqda məlumatı RATİ-yə Q. Zahidovun vəkili Elçin Sadıqov verib:
”Hakim İlham Cəfərov Yasamal rayon Məhkəməsinin və Bakı Şəhər Apellyasiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxladı. Biz isə Ali Məhkəmənin çıxardığı bu qərardaddan Avropa Məhkəməsinə şikayət edəcəyik”.
Xatırladaq ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov 07 mart 2008-ci il tarixində Yasamal rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 127.2.3 maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə  3 il 6 ay, CM 221-ci maddəsi ilə (xuliqanlıq)  isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov da 13 may 2008-ci il tarixli qərarı ilə bu hökmü qüvvədə saxlamışdı.    
Previous Post

“MEDİA VƏ SEÇKİLƏR: MEDİANIN DEMOKRATİK MƏSULİYYƏTİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Next Post

EMİN HÜSEYNOVUN İDDİASINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.