ANASI EMİN MİLLİ İLƏ GÖRÜŞÜB

Avqustun 7-də  Natella Abdullayeva  5 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Emin Milli (Abdullayev) ilə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Natella Abdullayevanın özü məlumat verib.
           N. Abdullayeva gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.           
            Xatırladaq ki, hakimiyyəti tənqid edən
“Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin   müəllifləri –  blogger Emin Milli və digər blogger  Adnan Hacızadə  08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

Previous Post

ƏHMƏDOVLAR AİLƏSİ CƏLİLABAD RAYONU RƏHBƏRLİYİNDƏN ŞİKAYƏTLƏNİR

Next Post

PƏNAH HÜSEYNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.