PƏNAH HÜSEYNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLİB

Milli Məclisin deputatı Pənah Hüseynin  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı qaldırdığı iddia üzrə Yasamal rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  P. Hüseynin özü məlumat verib.

Onun sözlərinə görə,  Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Gündüz Quliyevin sədrliyi ilə keçən prosesdə Yasamal rayon Məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı çıxardığı qərarın ləğv edilməsi və baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
    Xatırladaq ki, Pənah Hüseyn 2007-ci ildən yazılı və şifahi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, Sabirabadda yaşayan və ünvanlı sosial yardım müavinəti alan şəxslərin ailələri, yaşadıqları ünvan, aldıqları yardımın məbləği və komissiya qərarlarının saatı göstərilməklə, məlumatların siyahı şəklində ona verilməsini istəyib. Nazirlik isə sorğuların bəzisinə ümumi cavab versə də, 23.08.2007-ci il tarixli sorğunu cavablandırmadığına görə, P.Hüseyn Yasamal rayon məhkəməsində iddia qaldırsa da, iddia təmin edilməmişdi.

Previous Post

ANASI EMİN MİLLİ İLƏ GÖRÜŞÜB

Next Post

ANS TELEVİZİYASI DA FƏTULLAYEVLƏ BAĞLI “QARA PİAR” APARIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.