“AZADLIQ” RADİOSUNUN ƏMƏKDAŞLARI TƏZYİQLƏRLƏ ÜZLƏŞİB

“Azadlıq” radiosunun müxbiri Babək Bəkir bu gün (18 mart) keçirilən referendumu izləmək üçün 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 34 saylı məntəqəsinə  buraxılmayıb.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Məsələ ilə bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 34 saylı məntəqəsinin sədri Qəmbər Əhmədovla əlaqə saxladıq. Q.Əhmədov jurnalistin seçki məntəqəsinə buraxılmamasının səbəbini onun qeydiyyatdan keçməməsi ilə əlaqələndirdi: ”Seçkini izləyən bütün müşahidəçilər anket doldurublar və qeydiyyatdan keçiblər. “Azadlıq” radiosunun müxbiri Babək Bəkir isə bu qeydiyyatlardan keçmədiyinə görə, məntəqəyə buraxılmayıb” – deyə Q.Əhmədov RATİ-yə bildirib.
Mərkəzi Seçki Komissiyanın (MSK) qaynar xəttində isə RATİ-yə bildiriblər ki, jurnalist digər müşahidəçilər kimi əvvəlcədən qeydiyyatdan keçməli idi.
Həmçinin bu gün “Azadlıq” radiosunun başqa əməkdaşına da təzyiq göstərilib. “Azadlıq” radiosunun yaydığı xəbərə görə, Nərimanov rayon 20 saylı seçki dairəsinin 16 və 17 saylı məntəqələrində mikroavtobusla gətirilən tələbələr səs veriblər. Bununla bağlı “Azadlıq” radiosunun əməkdaşının suallarına cavabda isə gənclər bildiriblər ki, avtobusla gəzməyə çıxıblar. Bu zaman tələbələrdən biri “Azadlıq” radiosunun reportyorunun kamerasını əlindən almaq istəyib.
Hər iki məsələ ilə bağlı “Azadlıq” radiosundan ətraflı məlumat almaq mümkün olmadı.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.