HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (16 mart) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A. Mürsəliyeva özü verib. A.Mürsəliyevanın sözlərinə görə o, həyat yoldaşı ilə görüşmək üçün bir az gözləməli olub. Buna səbəb Norveç səfirliyinin və ATƏT-in Bakı ofisinin nümayəndələrinin Q. Zahidlə saxlandığı cəzaçəkmə müəssisəsində görüşməsi idi: ”Mənim Qənimətlə görüşüm bu nümayəndəliklərin müəssisədən ayrılmasından sonra oldu. Onların gəlişi baş redaktorun saxlanma şəraitinin, səhhətinin və durumunun necə olduğunu öyrənmə ilə bağlı idi”. Həmçinin A.Mürsəliyevanın sözlərinə görə, görüşdə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da iştirak edib.
Daha sonra A. Mürsəliyeva Q.Zahid amnistiya aktı barəsində də fikir söyləyib: “Bu aktın siyasi məhbuslara ünvanlanmadığını deyərək heç bir halda AŞPA-nın xüsusi məruzəçisi təyinatına təsir göstərməməlidir deyib. Q.Zahid hesab edir ki, bu hakimiyyət yenə də vətəndaşları siyasi əqidəsinə görə təqib edir”.
Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

AzTV-NİN PRODÜSERİ BASQIN BARƏDƏ XƏBƏRİ TƏKZİB ETDİ

Next Post

“AZADLIQ” RADİOSUNUN ƏMƏKDAŞLARI TƏZYİQLƏRLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.