AVROPA BİRLİYİ AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞI İLƏ BAĞLI BƏYANAT YAYIB

Avropa Birliyi Azərbaycanda Mətbuat Azadlığı ilə bəyanat yayıb. Bəyanatda bildirilir:  “Avropa Birliyi Azərbaycanda özlərinin ümumi ifadə azadlığından istifadə edən jurnalistlərin və ayrı-ayrı fərdlərin şübhəli əsaslarla təqib edildiyi müxtəlif halların mövcudluğundan narahatdır.

 Belə  hallardan biri 2007-ci ildə 8 ildən artıq müddətə azadlıqdan məhrum edilmiş “Realnıy Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin keçmiş baş-redaktoru Eynulla Fətullayevin işidir. Cənab Fətullayev artıq İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət verməsinə baxmayaraq, 2009-cu il, dekabrın 31-də ona qarşı yeni ittiham irəli sürülmüşdür. Avropa Birliyi Azərbaycanı İnsan Haqları üzrə Avropa Məhkəməsində işlərin gedişində tam iştirak etməyə, Məhkəmənin qərarına dözümlü olmağa çağırır “ – deyə, sənəddə bildirilir.

     Avropa Birliyi 19 Noyabr, 2009-cu ildə, Daimi Şurada Azərbaycanda mətbuat azadlığı ilə bağlı  insan haqlarının vəziyyəti ilə əlaqədar  bəyanatını  xatırladır və cənab Fətullayevin işi də daxil olmaqla Azərbaycanda mətbuat azadlığı ilə bağlı 30 Dekabr, 2009-cu ildə ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi tərəfindən nəşr olunmuş press-relizə istinad edir.

     Geniş  mənada, Avropa Birliyi Azərbaycanı ATƏT qarşısında ifadə azadlığı və insan haqları ilə əlaqədar öhdəliklərinə tamamilə hörmətlə yanaşmağa, ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi ilə əməkdaşlıq etməyə, jurnalistlərə və mətbuat fəallarına qarşı mövcud məhkəmə işlərini beynəlxalq hüquqi standartlarla tam ayaqlaşan ədalətli, şəffaf şəkildə və zamanında həll etməyə çağırır.
 

     Sonda, Avropa Birliyi Azərbaycanda ATƏT və Avropa Birliyi, eləcə  də Avropa Şurası tərəfindən dəstəklənən dəyər və prinsiplərin gələcək siyasi və hüquqi islahatlarla birgə dəstəklədiyini bir daha təkrar edir və Avropa Birliyi Azərbaycan hökumətinə öz cəhdlərində yardım etməyə hazır olduğunu bildirir.

Avropa Birliyinin İspaniya Sədrliyi

ATƏT Daimi Şurası N. 794

Vyana, 10 Fevral 2010”

Previous Post

SalamNews IA müxbiri Zülfüqar Xeyirxəbər təzyiqə məruz qalıb

Next Post

“PRESSPOST” XƏBƏR PORTALININ BAŞ REDAKTORU İNTERNETDƏ ÖLÜMLƏ HƏDƏLƏNDİYİNİ BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.