Avropa ittifaqı Gürcüstan, Azərbaycan və Ermənistan arasında Assosiasiya Sazişləri ilə bağlı danışıqlar başlayır. Bu barədə Avropa İttifaqının yaydığı press-relizdə deyilir:
“Gürcüstan Azərbaycan və Ermənistan ilə Assosiasiya Sazişi ilə bağlı danışıqların birinci mərhələsi növbəti həftədə Cənubi Qafqazın 3 ölkəsinin paytaxtlarında baş tutacaq. Saziş ümumi dəyərlər üzrə birgə öhdəliklərə əsaslanır və siyasi dialoq, ədalət, azadlıq və təhlükəsizlik, həmçinin sektor siyasətində ticarət və əməkdaşlıq da daxil olmaqla geniş ərazinin əhatə edəcək.
Batumidə keçirilən tədbirdə iştirak edən və danışıqların başlanmasını alqışlayan Avropa Birliyinin Ali Nümayəndəsi Katerin Aşton deyib: “Ermənistan, Azərbaycan və Gürcüstan Avropa ittifaqı ilə əlaqələrini gücləndirməklə aydın məqsəd göstəriblər. Mən şəxsən inanıram ki, bu Assosiasiya Sazişi iqtisadi imkanlar, Avropa ittifaqı ilə daha asan əlaqələr qurmaqla, nəinki siyasi münasibətlərə, həm də insanların yaşayış səviyyəsinə müsbət təsir edəcək. Bu Saziş bu ölkələrdə daxili islahatlar üçün katalizator rolunu oynayacaq və cəhdlərimizi davam etdirmək üçün resursların əsas təşkilatlar üzrə cəmləşməsində bizə yardım edəcək.”
“Bu Assosiasiya Sazişləri Ermənistan Azərbaycan və Gürcüstanla olan əlaqələrimiz üçün yeni hüquqi əsaslar yaradacaq. Assosiasiya Sazişinin əsas məqsədi Avropa ittifaqı və bu ölkələr arasında daha yaxın siyasi assosiasiya və davamlı iqtisadi inteqrasiyaya nail olmaqdır” – deyə komissar Füle məsələyə münasibət bildirib.
Avropa İttifaqı 15 iyulda Batumidə (Gürcüstan), 16 iyulda Bakıda (Azərbaycanda) və 19 iyulda Yerevanda (Ermənistanda) keçiriləcək ilk Plenar İclaslarda danışıqlara başlayacaq. Danışıqlar prosesində hərtərəflilik, müxtəliflik, şərtlilik və birgə sahibkarlıq, eləcə də demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət və yaxşı idarəetmə də daxil olmaqla ortaq dəyər və prinsiplər üzrə tərəflərin güclü öhdəlikləri əsas götürüləcək.
Avropa İttifaqı hazırda Ukrayna və Moldova ilə oxşar Assossasiya Sazişinin danışıqlarını aparır.
Xatırladaq ki, ki, Avropa Qonşuluq Siyasəti Avropa İttifaqı və onun cənub və şərq qonşuları arasında əlaqələri idarə edir. Avropa İttifaqı 2009-cu ildə 6 şərq qonşusu ilə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirmək məqsədilə aşağıdakı şərtlərlə Avropa Qonşuluq Siyasəti çərçivəsində Şərqi Əməkdaşlıq proqramına başladı:
– Məqsədləri kimi Dərin və Hərtərəfli Azad Ticarət Zonaları üzrə Assosiasiya Razılaşmaları yaratmağı, eləcə də viza və gediş-gəliş məsələlərində inkişafa nail olmağı nəzərdə tutulan ikitərəfli addımlar
– Çoxtərəfli yol (misal üçün, hökumətlərarası platformalar və Flaqman gəmisi Təşəbbüsləri)”