AVROPA İTTİFAQI AZƏRBAYCANDA FUNDAMENTAL AZADLIQLARIN POZULMASINI PİSLƏYƏN BƏYANAT YAYIB

AB-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycanda fundamental azadlıqlara hörmətlə  yanaşma sahəsində catışmazlıqların davam etməsindən narahatlığı barədə bəyanat yayıb.

Avropa İttifaqı faktla əlaqədar narahatlığını ifadə edir ki, Bakıda 2 aprel 2011-ci il tarixində keçirilən dinc nümayiş sistematik olaraq dağıdılmış, böyük sayda iştirakçılar saxlanılmış və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəza almışlar. Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınmış, dörd jurnalist müvəqqəti həbs olunmuşdur. Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs olunmuş və ya ev həbsində saxlanılmışlar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham edilmişlər. Biz Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə çağırırıq.

Bundan başqa, Avropa İttifaqı Azərbaycanı jurnalistlərin öz peşələri ilə sərbəst məşğul olmaq hüquqlarına zəmanət verməyə və onların bunu təhlükəsiz şəraitdə etmələri üçün zəruri şərait yaratmağa çağırır. Bu kontekstdə Azadlıq qəzetinin müxbirləri Seymur Həziyevin 26 mart tarixində və Ramin Dekonun 4 aprel tarixində naməlum şəxslər tərəfindən qəddarlıqla döyülməsindən narahatıq. Biz birinci hadisəyə dair ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin bəyanatını dəstəkləyirik və Azərbaycanın hakimiyyət qurumlarını bu halları açıq şəkildə ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırırıq.

ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır. Yekunda, Avropa İttifaqı Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan Hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.

 

Previous Post

BƏXTİYAR HACIYEV HAQQINDA DAHA 5 SUTKA MÜDDƏTİNƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

Next Post

BAKI KƏNDLƏRİNİN EKOLOJİ VƏ SOSİAL PROBLEMLƏRİNƏ DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.