BƏXTİYAR HACIYEV HAQQINDA DAHA 5 SUTKA MÜDDƏTİNƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

            Aprelin 8-də Gəncə şəhəri Nizami rayon məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası keçirilib və məhkəmə baxışı aprelin 19u saat 11:00-a təyin olunub. Bu barədə “Turan”a gənc fəalın  vəkili Əlayif Həsənov məlumat verib.

Onun sözlərinə görə, işinə xitam verilməsi və “alternativ xidmət” anlayışının mahiyyəti haqqında Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət qaldırılmasına baxmayaraq vəsdətlərinin  heç biri təmin edilməyib.

            “Bu məhkəmə qanunsuzdur. Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirini daha 5 sutka uzadıblar. Bu qərarı da vəkillərin iştirakı olmadan oxuyublar”, – deyə vəkil qeyd edib.

            Vəkilin sözlərinə görə baş vermiş kobud qanunsuzluqla bağlı məhkəmə tərkibinə etiraz etsələr də bu etiraz nəticəsiz qalıb .Bununla belə vəkil ANS telekanalından başqa heç bir çəkilişə icazə verilmədiyini də bildirib .

            Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq mühafizə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

MÜHACİRƏTDƏKİ JURNALİST ONA QARŞI TƏZYİQLƏRİN DAVAM ETDİYİNİ BİLDİRİR

Next Post

AVROPA İTTİFAQI AZƏRBAYCANDA FUNDAMENTAL AZADLIQLARIN POZULMASINI PİSLƏYƏN BƏYANAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.