AVROPA MƏHKƏMƏSİ QƏNİMƏT ZAHİDİN ŞİKAYƏTİ ARAŞDIRIR

Avropa İnsan Haqları Məhkəməsi 2007-ci il noyabrın 22-də  Məhkəməsi xuliqanlıqda şübhəli sayılaraq haqqında 2 ay müddətində həbs qətimkan tədbiri seçilmiş  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin  şikayətini araşdırmağa başlayıb.  Bu barədə RATİ-yə Media Hüququ İnstitutunun vəkili Xalid Ağaliyev məlumat verib.

X. Ağaəliyevin sözlərinə görə, Avropa Məhkəməsi verilən qərardan şikayət üzrə araşdırmalara başlayıb və bununla bağlı Azərbaycan hökumətinə sorğu ilə müraciət edib.        

 Xatırladaq ki, Qənimət Zahid saxta xuliqanlıq ittihamı ilə 2007-ci il noyabrın 22-də saxlanılmışdı. Onun ittiham olunduğu cinayətin ictimai təhlükəli olmamağına baxmayaqraq, jurnalist haqqında həbs qətimkan tədbiri seçilmişdi.

Onu da qeyd edək ki, daha sonra jurnalist Cinayət Məcəlləsinin  127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilmişdi. Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2010-cu il tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb.

 “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

 

Previous Post

RESPUBLİKA PROKURORLUĞU BƏXTİYAR HACIYEVLƏ BAĞLI AÇIXLAMA YAYIB

Next Post

RESPUBLİKA PROKURORLUĞU BƏXTİYAR HACIYEVLƏ BAĞLI AÇIQLAMA YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.