RESPUBLİKA PROKURORLUĞU BƏXTİYAR HACIYEVLƏ BAĞLI AÇIQLAMA YAYIB

   Yanvarın 27-də Respublika Prokurorluğu deputatlığa keçmiş namizəd, gənc fəal  Bəxtiyar Hacıyevlə bağlı açıqlama yayıb.

Respublika Prokurorluğunun saytında yaydığı açıqlamada deyilir ki, təhsil aldığı illərdə Bəxtiyar Hacıyevə hərbi xidmətdən möhlət hüququ verilib, amma artıq o, hərbi xidmətə çağırılır: "O, 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə baxmayaraq həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığına gəlməyib".

            Prokurorluq bildirir ki, Bəxtiyar Hacıyev 10 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığında təkrar olaraq tibbi komissiyadan keçərək hərbi xidmətə yararlı hesab edilmiş və onun adı 08 sentyabr 2010-cu il tarixdə 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək  üçün müvafiq hərbi hissəyə təyin edilmişdir. Lakin o, çağırışın aparıldığı vaxtda komissarlığa gəlməmişdir.       

Prokurorluq onu da bildirir ki, Araşdırmalarla əlaqədar Bəxtiyar Hacıyev 28, 30 dekabr 2010-cu il, 01 yanvar 2011-ci il tarixlərdə məktublar yazılmaqla poçt, 06 yanvar 2011-ci ildə isə telefon vasitəsilə çağırılmasına baxmayaraq prokurorluğa gəlməkdən imtina etmişdir.           

            Məlumatda o da qeyd edilib ki, hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır

             Gənc fəal Bəxtiyar Hacıyev Respublika Prokurorluğunun onunla bağlı yaydığı açıqlama  ilə bağlı baş prokuror Zakir Qaralova müraciətlə cavab verib.  Bu barədə yanvarın 28-də obyektiv tv-yə Bəxtiyar Hacıyev bildirib.Bəxtiyar Hacıyev müraciətdə Respublika Prokurorluğunun yaydığı açıqlamada bəzi faktların təhrif olunduğunu bildirib: “Mən 2006-2010-cu illər arasında dəfələrlə Gəncə Şəhər Nizami Rayon Hərbi Komissarlığında olmuşam və Xəzər Universitetində, ABŞ-ın Harvard Universitetində magistratura pilləsində təhsil almağımla bağlı verdiyim arayışlar şəxsi işimə əlavə edilib. 2010-cu ilin iyul ayına qədər hərbi xidmətdən boyun qaçırmağım və ya yayınmağımla bağlı heç bir cinayət işi açılmayıb. Bu gün Prezident Administrasiyasında çalışan, Milli Məclisdə təmsil olunan gənclər arasında da 2006-2010-cu illər arasında təhsil əsasında möhlət hüququ əldə etmiş şəxslər var. 2006-cı ildən sonra magistratura və doktorantura pilləsində təhsil almaq üçün möhlət verilməyibsə, möhlətsiz təhsilini davam etdirən Bəxtiyar Hacıyev cinayət məsuliyyətinə cəlb edilirsə, qeyd etdiyim digər şəxslər niyə cinayət məsuliyyətinə cəlb edilmirlər?”,  – deyə Hacıyev bildirib.

 

Previous Post

AVROPA MƏHKƏMƏSİ QƏNİMƏT ZAHİDİN ŞİKAYƏTİ ARAŞDIRIR

Next Post

HƏRBİ HİSSƏ KOMANDİRİ JURNALİSTİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.