AVROPALI DİPLOMATLAR NAXÇIVANA SƏFƏR EDİB

fevral 22nd, 2011
Avropa Birliyi  ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri və nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına 21 fevralda başlayan səfəri bu gün  başa çatıb. Nümayəndə heyətinə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia başçılıq edib.

Heyətin tərkibində Almaniya, Fransa, İtaliya, Avstriya, Niderland, Latviya, Litva, Çexiya səfirlərinin, Belçika və Bolqarıstanın müvəqqəti işlər vəkilləri olub. Səfərin birinci günü Ali Məclisin sədri Vasif Talıbovla, digər rəsmi qurumlarla görüşən səfirlər fevralın 22-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbirləri Elman Abbasov və Həkimeldostu Mehdiyev, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin nümayəndələri İlqar Nəsibov və Məlahət Nəsibova 0 ilə görüşüblər. Görüşdə insan haqları, demokratiya və söz azadlığı sahəsində müzakirələr aparılıb. Səfirlər daha sonra Ümid və Müsavat partiyalarının Naxçıvandakı təmsilçiləri ilə də görüşüblər.