AVROPA PARLAMENTİ AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİ İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİB

Dünən (17 dekabr) Avropa Parlamentində Azərbaycanda söz azadlığının vəziyyətini tənqid edən qətnamə qəbul edilib. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Müzakirələr zamanı deputatların çoxu Azərbaycanı hökumətini kəskin tənqid edib, həbsdə olan jurnalistləri dərhal azad etməyə, xarici radiostansiyaları FM-ə qaytarmağa çağırıblar.
Polşadan olan deputat Rişard Antoni Lequtko bildirib ki, 2 nəfərin tənqidə görə tutulması Azərbaycanda avtoritar rejimin mövcudluğunu göstərir. "Biz müdaxilə etməliyik. Bəzən bu effektiv olur. Bəzən də çətin. Ona görə ki, avtoritar rejimlərdə institusional islahatlar uzun çəkir. Amma buna baxmayaraq biz tənqidləri davam etdirməliyik".
İrlandiyadan olan deputat Co Higgins Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti "dəhşətli" adlandırıb: “Media azadlığı yoxdur, axır illərdə onlarla jurnalist tutulub, bəziləri döyülüb, öldürülən də var. Biz Əliyev rejimindən cavab tələb etməliyik".
Deputat Tunne Kelam (Estoniya) deyib ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. "Biz ölkə rəhbərliyini həbsdə olan jurnalistləri, o cümlədən 2 bloggeri dərhal azad etməyə çağırırıq. Bundan başqa onları Azadlıq, BBC, Amerikanın səsi kimi xarici radioların yerli tezliklərdə yayımını bərpa etməyə çağırırıq”.
Sonda qətnamə layihəsi ümumilikdə səsverməyə qoyulub və qəbul edilib.
Previous Post

TANINMIŞ JURNALİST ELÇİN SƏLCUQ VƏFAT EDİB

Next Post

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BAKIDAKI DAİMİ NÜMAYƏNDƏLİYİNİN MƏLUMATI HƏQİQƏTƏ UYĞUN DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.