Avropa Parlamentİ GƏNC FƏALLARIN VƏ EYNULLA FƏTULLAYEVİN AZAD EDİLMƏSİ ÜÇÜN ÇAĞIRIŞ ETDİ

   Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edən qətnamə qəbul edib. “Azadlıq”  radiosunun məlumatına görə, bu barədə təşkilatın yaydığı press-relizdə bildirilir.

Mayın 12-də Strasburqda qəbul edilən sənəddə Avropa Parlamenti Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyir, vətəndaş cəmiyyətinin, sosial şəbəkələrinin fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən “dərin narahatlıq” keçirdiyini bildirir.
            Sənəddə xüsusilə gənc fəallar – Cabbar Savalan və Bəxtiyar Hacıyevin hökumət əleyhinə etirazlara çağırdıqlarına görə, müvafiq olaraq  narkotik və ordudan yayınma ittihamı ilə həbs olunur, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşməsi tənqid olunur.
            Bundan başqa Azərbaycan hakimiyyətinin jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırması ittiham olunur.
            Avropa Parlamentinin deputatları gənc fəallar Cabbar Savalan, Bəxtiyar Hacıyev və hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevi azad etməyə çağırırlar.
            Onlar həmçinin Azərbaycan hakimiyyətini qanunsuz ittihamlardan imtina etməyə və ölkədə jurnalistlərin müdafiəsinə təminat verməyə çağırırlar.

Sənəddə mart və aprel aylarında müxalifətin etiraz aksiyaları zamanı 200-dən çox fəalının saxlanması tənqid olunur. Tanınmış müxalifət nümayəndələrinin və Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdə saxlanan jurnalistin dərhal azad edilməsinə çağırılır.
            Bundan başqa, Azərbaycan hakimiyyətinin jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırdığı deyilir.
            Onlar həmçinin Azərbaycan hakimiyyətini qanunsuz ittihamlardan imtina etməyə və ölkədə jurnalistlərin müdafiəsinə təminat verilməsini istəyirlər.

Previous Post

DUNYA MİYATOVİÇ AZƏRBAYCANI ÜMİDLƏRLƏ TƏRK ETDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.