HƏRBİ JURNALİSTİKAYA DAİR TƏDBİR KEÇİRİLİB

Bu gün "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihə çərçivəsində "Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?" mövzusunda debat keçirdi.

Tədbirdə QHT təmsilçiləri, jurnalistlər,  ehtiyatda olan zabitlər və Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Teymur Abdullayev iştirak edirdi.

     Mövzuya beynəlxalq prinsiplər çərçivəsində yanaşan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov çıxışında jurnalistin əldə etdiyi istənilən məlumatı balanslı şəkildə, senzurasız və dərhal yayılmasının  tərəfdarı olduğunu bildirib.

     “Ayna” qəzetinin hərbi yazarı Elçin Eldəniz isə hesab edib ki, hərbi məlumatların yayılmasında əslində Müdafiə Nazirliyi jurnalistlərə kömək etməlidir.

     “Manevr” Jurnalist  Araşdırmaları Mərkəzinin sədri Rəşad Süleymanov isə hesab edib ki, jurnalistlər hərbi xarakterli məlumatları yayanda həm də azərbaycanlı olduqlarını unutmamalıdırlar.

     Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli qanunvericilikdə dövlət və hərbi sirr anlayışları barədə məlumat verdi.

      Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov isə jurnalistin işinin məlumat əldə edib yaymaqdan ibarət olduğunu və buna heç bir maneənin yaradılmamağını lazım bildi.

     Müdafiə  Nazirliyi rəsmisi T.Abdullayev isə  jurnalistlərin peşəkar şəkildə hərbi məlumatların verilməsində təmsil etdiyi nazirliyin də maraqlı olduğunu və bu istiqamətdə jurnalistlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi

     Habelə debatda “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərov və başqaları da çıxış etdilər.
 

Previous Post

Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi 27.10.2009

Next Post

“TƏZADLAR” QƏZETİ “QARA SİYAHI”YA SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.